İrina Alleqrova Kiyevə getməkdən imtina etdi
15 Mart 2014 Şənbə 01:38
Rusiyalı müğənni İrina Alleqrova Kiyevin idman sarayında baş tutacaq konsertini ləğv edib.
ANS PRESS-in məlumatına görə, o bu haqda ukraynalı pərəstişkarlarına video-müraciətində bildirib. Müğənni deyib ki, kiyevlilərlə hər görüş bayramdır.

"Yaxın insanlarla fikir paylaşmaq ən ulvi hisslərdir. Ancaq elə şeylər var ki, bu hissləri bölüşməyə imkan vermir. Bütün illər boyu mən səhnədə çalışıram. Ən böyük prioritetim konsertlər zamanı təhlükəsizlilyimin qorunmasıdır. Kollektivimiz həm də çalışır ki, bizə qulaq asan pərəstişkarların da təhlükəsizliyi qorunsun. Çünki onlara görə də məsuliyyət daşıyırıq".

İrina Alleqrova video-müraciətini "Qoy sizi Allah qorusun" sözləri ilə bitirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar