İradə İbrahimova aparıcı olacaq
17 Sentyabr 2009 Cümə Axşamı 12:45
Tamaşaçılar onu ANS-in efirində görəcəklər
Müğənni İradə İbrahimova aparıcılıq edəcək. Müğənni ANS TV-də yayımlanan «Ulduza yaxın» layihəsinin aparıcısı olacaq. Qeyd edək ki, adıçəkilən layihə keçən mövsüm televiziyada ən baxımlı verilişlərdən olmuşdu.
Layihəni həyata keçirən «Creative Holding» şirkəti artıq müğənni ilə müqavilə imzalayıb və çəkilişlər başlayıb. Layihənin müəllifi Hüseyn Cavadzadədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar