İradə İbrahimova ana oldu
12 Noyabr 2010 Cümə 10:25
Müğənni İradə İbrahimova qız övladını dünyaya gətirib.
Müğənni İradə İbrahimova dünən günorta saatlarında ana olub. Müğənninin mətbuat katibinin ANS PRESS-ə verdiyi məlumata görə, sənətçinin qız övladı doğulub. Doğuş İstanbul şəhərində özəl klinikalarından birində təbii yolla reallaşıb.

Hazırda ana və 4 kq çəkidə doğulan körpəsi özlərini yaxşı hiss edirlər. Körpəyə İpək İzər adı verilib.

Bu xoş hadisə münasibətilə həyat yoldaşının İradə İbrahimovaya avtomobil hədiyyə edib.

Xatırladaq ki, müğənni İradə İbrahimova 2009-cu ilin aprelin 5-də Türkiyə vətəndaşı Ceyhunla ailə qurub. Müğənni ailəsi ilə birlikdə İstanbulda yaşayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar