İllərin sevgisi 5 dəqiqəyə bitdi.
25 Fevral 2012 Şənbə 11:57
"Şaban"nın oğlu rəsmi şəkildə boşandı.
7 ay öncə sadə mərasimlə evlənən "Şaban" kimi tanınan aktyor Kemal Sunalın oğlu Əli Sunal və "Yarpaq tökümü" serialının Leylası Gökçe Bahadır rəsmi şəkildə boşandılar. ANS PRESS "Haberler" portalına istinasən xəbər verir ki, illərlə bir-birini sevən və cəmi 7 ay ərzində ər-arvad olan cütlüyün münasibətlərini məhkəmə cəmi 5 dəqiqəyə bitirib.
Ayrılıq səbəbləri müəmmalı qalan cütlüyün məhkəmə prosesindən sonra aktrisanın anası yerli mətbuata açıqlamasında Əli Sunaldan canlarını qurtardıqları üçün dua etdiklərini deyib. "Çox şükür qurtardıq. Bu evliliklə bağlı yazılanlar ortadadır. Bizim tərəf şükür ki, təmizdir. Gökçənin ayrılarkən hamilə olması barədə məlumatlar yalandır. Onların bir daha görüşməsindən söhbət belə gedə bilməz".
Əli Sunal isə "Twitter" səhifəsi ilə bütün baş verənlərə aydınlıq gətirməyə çalışıb: "Mənə qarşı olan bütün hörmətsizliklərə, ittihamlara qarşı tərbiyəmi pozmadan dimdik duraraq cavab verdim. Dəstəklərinizə görə təşəkkürlər, mənə güc verdiniz".
DOSTLARINLA PAYLAŞ: