İlker Aksum boşanır
11 Avqust 2012 Şənbə 11:26
Türkiyənin tanınmış aktyoru İlker Aksum 4 illik evliliyinə son qoymaq qərarına gəlib.
Türkiyənin tanınmış aktyoru İlker Aksum 4 illik evliliyinə son qoymaq qərarına gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor həyat yoldaşı Belgin Erdoğanla boşanır. İlker Aksumun belə qərar alması yaxınlarını təəccübləndirib. İlker bəy, yaxınlarına "Evliliyimizi davam etdirə bilmədik və qarşılıqlı olaraq boşanmaq qərarına gəlmişik",- deyə bildirib.
Tanınmış aktyor twitter səhifəsində də boşanmağı barədə yazıb: "Sevgi lazım olmayan vaxt başlayır, ən çox ehtiyyac duyulan vaxt bitir. Evlənəcəyin xanımla eyni zamanda da dost olmalısan. Dost olmağa nail olan ailələr çox xoşbəxtdirlər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar