İlhame Quliyevaya efirə tacsız cıxmağa icaze vermirler
27 İyul 2013 Şənbə 04:52
Primadonna İlhame Quliyeva: Azerbaycan şou-biznesine tacı men getirmişem.
“Mənə bütün adlar, taclar sənətimə görə verilib. Artıq tapşırıblar ki, tacsız efirə çıxma, icazə vermirlər. Azərbaycan şou-biznesinə tacı mən gətirmişəm. Ağ at üstündəyəm. Hər zaman deyirəm ki, o, mənimdir, gözünüzü çəkin. Bostanıma atılan daşın hamısı onların özünə qayıdır. Sonrada səfil olub, sıfıra düşürlər”.
Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti İlhamə Quliyeva “Xəzər” telekanalında yayımlanan “Star life” verilişinə açıqlamasında deyib.
O bildirib ki, ötən il avqustun 25-də ürəyindən əməliyyat olunub: “İndi həmin tarixi ikinci doğum günüm kimi qeyd edirəm. Həm də səhnəyə gəlməyimin yubileyidir. Bununla bağlı təmtəraqlı konsertlər təşkil edəcəm. Əvvəlcə bölgələrdə, sonra Moskvada Kremldə, sonda isə Heydər Əliyev Sarayında çıxışlarım olacaq”.
DOSTLARINLA PAYLAŞ: