İlhamə Quliyevadan "Eurovision" çağırış
11 Fevral 2011 Cümə 14:20
"Azərbaycanımızı təmsil ediriksə, ifa edəcəyimiz mahnı da ana dilimizdə olmalıdır olmalıdır"
"Eurovision" Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək hər hansı bir iştirakçının əcnəbi dildə mahnı ifa etməsinin əleyhinəyəm". ANS PRESS-in məlumatına görə, bu sözləri bu gün ANS TV-nin "Günə Baxan" proqramının qonağı olan xalq artisti İlhamə Quliyeva canlı efirdə səsləndirib.

""Eurovision"un səhnəsində, yəni Avropada onlara tanış olan xarici dillərlə, əcnəbi mahnılarla tamaşaçıları təəccübləndirmək olmaz. Bir daha deyirəm, əgər Azərbaycanımızı təmsil ediriksə, ifa edəcəyimiz mahnı da ana dilimizdə olmalıdır, öz musiqimiz olmalıdır. Qoy, Aropa xalqları bizim dilimizi eşitsinlər, tanış olsunlar!", deyə xalq artisti qeyd edib.

Müğənni "Eurovision" Mlli Seçim turlarının finallıları arasında heç bir iştirakçıya fərq qoymadığını da vurğulayıb: "Beşi də mənim üçün favoritdir. Hər birinin xeyir-duasının verirəm. Heç birini o birindən ayırmaq istəmirəm. Hər birinə uğurlar arzulayıram. İstədiyim bircə budur ki, Azərbaycanımızı layiqli iştirakçı təmsil etsin!"


DOSTLARINLA PAYLAŞ:

oyunlar