İlhamə Quliyeva və Nazpəri Dostəliyeva məhkəməsi olmadı
05 Aprel 2013 Cümə 20:34
İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı iddiası üzrə məhkəməyə hazırlıq prosesi təxirə salınıb.
Xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq prosesi təxirə salınaraq aprel ayının 9-na təyin edilib. Bu barədə APA-ya İ. Quliyevanın vəkili Şəfiqə Nağıyeva məlumat verib. Vəkil bildirib ki, qarşı tərəf məhkəmə prosesində iştirak etmədiyinə görə məhkəmə təxirə salınıb.
N. Dostəliyevanın vəkili Yunus Vəliyev isə onlara məhkəmənin tarixi barədə məlumat verilmədiyini söyləyib. O, lazımi sənədləri toplayıb qarşı tərəfi məhkəməyə verməyə hazırlaşdıqlarını da açıqlayıb.
Qeyd edək ki, bir müddətdir xalq artistləri arasında qalmaqal yaşanır.
DOSTLARINLA PAYLAŞ: