İlhame Quliyeva: Men her zaman qalib gelecem
02 Oktyabr 2013 Çərşənbə 02:40
İlhame Quliyeva: Menden niye qorxurlar başa düşmürem.
“Mən hər zaman qalib gələcəm. Düzgün insan olduğumdan uğur bayrağım əlimdədir. Heç kim deyə bilməz ki, İlhamə kiməsə söz atdı. Hər zaman müdafiə olunuram və qələbə qazanıram. Dilim varsa, dilçəyim də var”.
Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti İlhamə Quliyeva “Atv maqazin” verilişinə açıqlamasında deyib. O, şou-biznesdə çoxlarının böyük-kiçik yeri bilməməsindən şikayətlənib:
“Sənətdə böyük-kiçik yeri olmalıdır. Səndən yaşca böyük olan insana hörmət saxlamalısan. İnsan özünü elə aparmalıdır ki, onu vurmağa kimsə imkan tapmasın. Mən səmimiyyəti anlayıram. Bilirəm ki, mənə qarşı edilən hansı hərəkətdə səmimiyyət var, ya da yoxdur. Deyirlər ki, hamı İlhamədən qorxur. Məndən niyə qorxurlar başa düşmürəm. Gözəl xanımam, mənə hörmət edin bəsdir. Mən sadəcə çaşanları yerində otuzdururam”.
DOSTLARINLA PAYLAŞ: