İlhame Quliyeva: Men dövlet başçısını sevirem
30 İyul 2013 Çərşənbə Axşamı 21:22
İlhame Quliyeva: Men heç zaman xameleon olmamışam.
Azərbaycan və Dağıstanın xalq artisti, müğənni İlhamə Quliyeva Amerikanın Səsinə müsahibə verib. Xalq artisti müsahibədə keçdiyi sənət yolu, siyasi baxışları və müğənni Nazpəri Dostəliyeva ilə məhkəmə işinin nəticələri barədə fikirlərini paylaşıb.

Səhnəyə çıxışının 50 illik yubileyini qeyd edən xanım Quliyeva öz həyat yolundan xeyli razı qaldığını və bu dövrdə çox şeyə nail olduğunu söyləyib və əlavə edib ki, sənətdə əldə etdiyi nailiyyətlərə görə sabiq prezident Heydər Əliyev və hazırkı prezident İlham Əliyevə minnətdardır.

Ona qarşı səsləndirilən “hökumətpərəst” ittihamını qəbul edən müğənni sənətkar kimi dövlətinə və xalqına sadiq olduğunu deyib: “Bəli, mən hökumətimi dəstəkləyirəm, hökumətimin başçısını dəstəkləyirəm - əgər mən bir ölkədə yaşayıramsa, mən onun zamanında rahat yaşayıramsa, öz sənətimi rahat inkişaf etdirirəmsə...
Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə mən bir sənətkar kimi formalaşmışam. Qoy kim nə fikirləşirsə fikirləsin. Mən öz dövlətimi, dövlət başçısını sevirəm”.

İlhamə Quliyeva hazırda “prezident İlham Əliyevin əsgəri kimi” seçkilər mövsümündə təbliğat kampaniyasına hazırlaşdığını bildirib. Başqalarından fərqli olaraq siyasi mövqeyini heç zaman dəyişmədiyini vurğulayan İlham Quliyeva “Mən heç zaman xameleon olmamışam” - deyə, bəyan edib.

Müğənni Nazpəri Dostəliyeva ilə məhkəmə işinə gəldikdə o, məhkəmədə udduğu 50 min manat pulu Qocalar və Uşaq Evlərinə ianə edəcəyini deyib. “Sənətdə, həyatda böyük-kiçik olmalıdır,” deyən müğənni özünə qarşı təhqirləri qəbul etmədiyini bildirib. İlhamə Quliyeva əlavə edib ki, o, hətta hazırkı məbləğdən razı deyil və bunu artırmaq üçün appelyasiya məhkəməsinə müraciət edəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar