İlhame Quliyeva danışmaq istemir
04 İyun 2013 Çərşənbə Axşamı 13:48
Türk dünyasının sənət kraliçası İlhame Quliyeva sahib olduğu titulu ətrafında gedən qalmaqaldan danışmaq istəmədi.
"Mənə bu barədə danışmaq ayıbdır". ANS PRESS-in məlumatına görə, xalq artisti İlhamə Quliyeva "Türk dünyasının sənət kraliçası" titulu qalmaqalına münasibətimizi öyrənmək istəyərkən belə dedi.
İlhamə xanım həmkarı Brilliant Dadaşovanın sözügedən mükafata layiq görülməsi ilə bağlı yayılmış yanlış xəbərlərə münasibət bildirmək istəmədiyini söylədi: "Mənə bu barədə danışmaq ayıbdır. Bütün Azərbaycan və Türkiyə yaxşı bilir Türk dünyasınınn sənət kraliçası kimdir. Mətbuat katibim bununla bağlı çox gözəl açıqlama verib. Mənim danışmağım artıqdır. Bir tərəfdən də özümü kiminləsə müqayisə etmək mənə yaraşmaz!"
DOSTLARINLA PAYLAŞ: