İlhamə Quliyeva ailəsində toy çaldıracaq
02 Mart 2012 Cümə 12:53
Sənətçi İlhamə Quliyeva nəvə şirinliyini dadmaq istəyir.
Xalq artist İlhamə Quliyeva oğlunu evləndirmək istəyir. Onun Milli.az-a bildirdiyinə görə, toy bu il ərzində baş tutacaq. Övladının ailə sahibi olmağının vaxtının yetişdiyini deyən sənətçi özü də nəvə şirinliyini dadmaq istəyir.

"Oğlumun evlənmək yaşı çatıb. O, belə məsələlərdə mənim fikrimi əsas bilir. Həm də, mən də nəvə görmək istəyirəm. Qıza gəlincə, çox güman ki, onu oğluma mən seçəcəyəm. Özü belə istəyir. Amma mənim seçimimlə oğlum da razılaşmalıdır. Bir-birilərini tanısınlar, sevsinlər, sonra toy olsun. İnşallah, düşünürəm ki, belə bir izdivac bu il mütləq baş tutmalıdır", - deyən İlhamə xanım oğlu üçün təmtəraqlı toy çaldırmağı düşünür.

"Bir oğlum var, təmtəraq niyə də olmasın? Adıma layiq bir məclis təşkil ediləcək. Qonaqlarım da sayılıb-seçilənlər olacaq", - deyə xalq artisti bildirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar