İlhamə Qasımova retro mahnılara müraciət edəcək
05 Aprel 2013 Cümə 19:41
İlhamə Qasımova klassik əsərlərə müraciət edəcək.
Müğənni İlhamə Qasımova maraqlı layihə hazırlayır. Belə ki, bir çox məhşurların toy tutmaq üçün kommersiya məqsədi güdən mahnılar oxuduğu bir vaxtda, İlhamə Qasımova isə əksinə, retro mahnılara müraciət edəcək.

Almaniyada layihələrini uğurla davam etdirən müğənni İlhamə Qasımova Azərbaycanda da yeni layihələr üzərində işləyir. Belə ki, İlhamə Qasımova Azərbaycanın klassiklərindən olan, şərqin ilk opera bəstəkarı Üzeyir Hacıbəyovun klassik əsərlərinə müraciət edib.

İlhamə Qasımova qürur mənbəyi olan klassik əsərləri əcnəbi, peşəkar aranjimançılara həvalə edəcək. Müğənni bu addımını işinin daha keyfiyyətli alınması üçün etdiyini söyləyir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar