İlhamə Qasımova ərini niyə tərk edib?
01 İyul 2011 Cümə 11:50
Müğənni İlhamə: Ərimi özüm tərk etmişəm və bundan peşman deyiləm.
Populyar müğənni İlhamə Qasımova "Ulduz oldun" verilişində ilk dəfə şəxsi həyatı haqda təfərrüatları açıqlayıb. O, deyib: "Çox sərt valideynlərim var və həmişə onların göstərişlərinə əməl etməli olmuşam. İlk dəfə 17 yaşımda sevmədən ailə qurmuşam. Ərim məni çox sevirdi. Amma biz tam fərqli insanlar idik. Uşaqlıqdan karyera arzusunda olmuşam və özümü evdar qadın kimi təsəvvür edə bilmirdim".

İlhamənin sözlərinə görə, ərinin bəzi problemləri olub: "Bu, məni onu tərk etməyə məcbur etdi. Çox yumşaq insan olsam da, hərdən mən də sərt ola bilirəm. Ərimi özüm tərk etmişəm və bundan peşman deyiləm".

Müğənni indi özünə daha uyğun kişi ilə rastlaşdığı üçün çox xoşbəxt olduğunu bildirib: "Əsas odur ki, həyatımda sevgi var. O, məndən 14 yaş böyük olsa da, məhz arzuladığım insandır: güclü, ağıllı və ciddi. O, məni hər şeydə dəstəkləyir və öz üzərimdə işləməyə məcbur edir. Biz sadəcə bir-birimizə hörmət edirik və odur ki, xoşbəxtik. İndi mənim övladdan başqa hər şeyim var. Həmişə ana olmağı arzulamışam. Yəqin Allah nə vaxtsa yol verdiyim günahlara görə, məni cəzalandırır. Ola bilsin, nə vaxtsa məni bağışlayacaq və mənim də övladım olacaq". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar