İlhame Nazperiden 700 min alacaq?
21 May 2013 Çərşənbə Axşamı 21:20
Vəkil bu iddianı şərh etmək istəmədi.
Bu gün Bakı şəhəri, Nəsimi rayon məhkəməsində göstərilən işlə əlaqədar məhkəmənin hazırlıq iclası keçirildi və işə mahiyyəti üzrə baxılmaq üçün 10 iyun 2013-cü il tarixinə təyin edildi. N.Dostəliyevanın vəkili Yunis Vəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, bugünki məhkəmədə xalq artistləri iştirak etməyiblər. Prosesdə hər iki tərəfi vəkilləri və nümayəndələri təmsil ediblər.

Qeyd edək ki, İlhamə Quliyevanın şikayət ərizəsi aprelin 23-də Nəsimi Rayon Məhkəməsinə təqdim olunub. İlhamə Quliyeva Nazpəri Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək qarşı tərəfdən maddi ziyana görə 200 000 AZN, mənəvi ziyana görə 500 000 AZN tutulub ona verilməsini tələb edir.

Y.Vəliyev İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddianı şərh etməyəcəklərini dedi: "Biz bu haqda heç bir şərh verə bilmərik. Çünki bu barədə məhkəmə qətnaməsi yoxdur. Qanunun tələblərinə görə indiki mərhələdə biz prosesin gedişi barədə şərh yox, ancaq informasiya verə bilərik."


DOSTLARINLA PAYLAŞ:

oyunlar