İlhamə ilə Flora arasında daha bir məhkəmə
21 Yanvar 2009 Çərşənbə 20:05
Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın xalq artisti Flora Kərimovaya qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
F.Kərimovanın vəkili İlhamə Həsənovanın Lent.az-a verdiyi məlumata görə, İ.Quliyeva iddiasında şərəf və ləyaqətinin təhqir edildiyini, işgüzar nüfuzuna zərbə vurulduğunu göstərib. İ.Həsənova hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə keçirilən prosesdə İ. Quliyevanın nümayəndəsinin bu mübahisənin barışıq yolu ilə həll olunmasını istədiyini söyləyib.

Flora Kərimovanın vəkili isə vəsatət qaldıraraq, İ.Quliyevanın Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət Akademiyasının prezidenti, Cenevrə Birləşmiş Millətlər Təşkilatının fəxri üzvi və Dünya Qadınlar Komitəsinin üzvü olmasını sübut edən sənədləri məhkəməyə təqdim etməsini istəyib.

Vəsatət təmin olunub, İ. Quliyevanın müdafiəçisi Şəfiqə Nağıyeva isə həmin sənədləri bugünkü iclasda təqdim etməkdən imtina edib.

Məhkəmə prosesi fevralın 6-na təyin olunub.

Qeyd edək ki, İ. Quliyeva şərəf və ləyaqətinin təhqir edilməsi, həmçinin işgüzar nüfuza zərbə vurulması tələbi ilə F. Kərimovadan 100 min manat təzminat istəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar