İbrahim Tatlısəsun həkimi yazılı açıqlama yayıb
19 Mart 2011 Şənbə 15:31
Müğənni daha yaxşı danışır
Silahlı hücuma məruz qalaraq, başından güllə yarası alan türkiyəli müğənni İbrahim Tatlısəsin müalicə olunduğu Maslak Acıbadem Xəstəxanasının baş həkimi Çağlar Cuhadaroğlu sənətkarın daha asan ünsiyyət qura bildiyini bildirib.

“İbrahim həkimlər tərəfindən müayinə edilib və o daha asan ünsiyyət qura bilir. Beyindaxili təzyiqi və beynində hansısa mənfi dəyişiklik qeydə alınmayıb. Tatlısəsin müalicəsi davam etməkdədir”, - deyə Cuhadaroğlu qeyd edib.

Tatlısəsin gecədən bəri səhhətində heç bir problem müşahidə olunmadığını bildirən Cuhadaroğlu, xəstəxana rəhbərliyinin qərarı ilə ilk anlardan bəri xəstəxanada olan ailə üzvlərinin evlərinə getdiyini vurğulayıb.

Cuhadaroğlu ziyarətin qadağan olunduğu müddət ərzində xəstəxana rəhbərliyi tərəfindən müğənninin səhhətilə bağlı ailə üzvlərinə və sevənlərinə məlumatlar veriləcəyini də əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar