Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan və müalicəsi davam edən məşhur müğənni İnrahim Tatlısesi xəstəxanada ziyarət edib. Tərəflər arasında mətbuata qapalı keçiriliən 45 dəqiqəlik görüşdə sadəcə rəsmi “Anadolu” agentliyinin (AA) foto-müxbiri iştirak edib. Görüşdən sonra Tatlısesin baş nazirlə çəkilmiş son şəkilləri jurnalistlər vasitəsilə ölkə ictimaiyyəti ilə paylaşılıb.
Qeyd edək ki, görüşdən sonra İbrahim Tatlıses müalicəsinin davamı üçün xüsusi təyyarəsi ilə Almaniyaya yola düşüb.
Xatırladaq ki, İbrahim Tatlıses bu il mart ayının 14-də silahlı hücuma məruz qalaraq başından ağır yaralanmışdı. Müğənninin müalicəsi isə hal-hazırda da davam edir.