İbrahim Tatlısəsin xəstəxanaya gətirilmə anı
17 Mart 2011 Cümə Axşamı 10:12
Görüntülər xəstəxananın müşahidə kamerasında əks edilib
Bir neçə gün öncə silahlı hücum nəticəsində başından ağır yaralanan məşhur müğənni İbrahim Tatlısəsin xəstəxanaya gətirilmə anının video görüntüləri yayılıb. ANS PRESS-in CNN Türk-ə istinadən verdiyi məlumata görə, görüntülər sənətçinin gətirildiyi xəstəxananın kameralarında əks edilb.

Görüntülərdə onun xərəyə uzadılaraq xəstəxana dəhlizi ilə aparılması görünür. Bu zaman onun bədəni və baş nayihəsi qan içində olub.

Sənətçinin gətirilməsi zamanı xəstəxana işçilərinin həyəcanlı davranışları da diqqətdən yayınmayıb.

Qeyd edək ki, əməliyyat edilən İbrahim Tatlısəs reanimasiya şöbəsindədir. Onun həyati təhlükəsi qalsa da, artıq süni nəfəs aparatından ayrılıb və ətraflarını tərpədə bilir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar