İbrahim Tatlısəsin toy tarixi dəyişdi
17 Yanvar 2012 Çərşənbə Axşamı 13:10
Sənətçinin toyu bahara qaldı.
Ötən ilin mart ayaında silahlı hücum nəticəsində başından ağır yaralanan tanınmış Türkiyə müğənnisi İbrahim Tatlısəs toy tarixini dəyişdi. ANS PRESS-in türk mətbuatına istinadla verdiyi məlumata görə, sənətçinin sentyabrın 28-də xəstəxanada evləndiyi həyat yoldaşı Ayşəgül Yıldız ilə yanvarın 20-də Çırağan sarayında planlaşdırdığı toyu təxirə salınıb. Toy mərasimi bahara qalıb. Mərasimin vaxtının dəyişdirilməsinin səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, İ.Tatlısəs bu ilin mart ayında silahlı hücuma məruz qalmışdı. Başından yaralanan sənətçi uzun müddət Almaniya və Türkiyədə müalicə edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar