İbrahim Tatlısəsin qızı çətinliklə dünyaya gəldi
09 Aprel 2013 Çərşənbə Axşamı 13:44
Ayşegül Yıldız 12 saat "süni sancı"dan sonra əməliyyata qaldırılıb.
Məşhur türk müğənnisi İbrahim Tatlısəsin qızı dünyaya gəlib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ayşegül Yıldız körpəni çox çətinliklə dünyaya gətirib. Bu barədə mediaya tanınmış ginekoloq, professor Bülent Tıraş məlumat verib: "Ayşegül xanım hamiləliyin 40-cı həftəsində olsa da, doğum sancıları başlamamışdı. Ona görə də "süni sancılar" metodundan istifadə etdik. Bazar ertəsi nahar saatlarında başlanan "süni sancı" tətbiqi 12 saat davam etdi. Lakin normal doğumun baş tutmayacağını görəndə qeysəriyyə kəsimi əməliyyatına qərar verdik".

Körpənin çəkisi çəkisi 3,715 qram, boyu 53 sm-dir. İbrahim Tatlısəsin 6-cı övladına Elif Ada adı verilib.

Xatırladaq ki, İbrahim Tatlısəsin Ədalət Tatlıdan 1 oğlu - 2 qızı, Perihan Savaşdan 1 qızı, Dərya Tunadan 1 oğlu var. Sənətçinin 3 nəvəsi də var.



DOSTLARINLA PAYLAŞ:

oyunlar