İbrahim Tatlısəsin Bakını tərk etməsinin səbəbləri açıqlandı
23 Noyabr 2012 Cümə 16:42
Müğənninin həyat yoldaşının hamiləliklə əlaqədar vəziyyətinin ağırlaşdığı bildirilir.
Bakıda ekstrasens Nuridə Küskünün qonağı olan Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs təcili Türkiyəyə qayıdıb. Bu barədə ANS-ə ekstrasensin özü məlumat verib. Nuridə Küskün bildirib ki, bu gün səhər yuxudan oyananda, İbrahim Tatlısəsdən telefonuna ismarıc gəldiyini görüb. Onun sözlərinə görə, ismarıcda İbrahim Tatlısəs həyat yoldaşının hamiləliklə əlaqədar vəziyyətinin ağırlaşdığını və sancısının tutduğunu bildirib. Bu səbəbdən də o təcili Türkiyəyə qayıdıb ki, həyat yoldaşının yanında olsun. Bu məlumatı məşhur sənətçinin meneceri Ozzan Karagül də təsdiqləyib.
Ozzan Karagül onu da bildirib ki, sənətçinin həyat yoldaşının vəziyyəti stabilləşdikdən sonra onun yenidən müalicəsini davam etdirmək üçün Bakıya qayıdacağı gözlənilir.
Xatırladaq ki, İbrahim Tatlısəs 2 gün əvvəl Bakıya gəlib. O, ekstrasens Nuridə Küskünün tərəfindən müalicə olunurdu.