İbrahim Tatlısəsə hücum əmrini PKK verib
03 Noyabr 2011 Cümə Axşamı 15:28
İddianamədə 12 şübhəli yer alıb.
Məşhur türk müğənnisi İbrahim Tatlısəsə qarşı silahlı hücumla bağlı iddianamə tamamlanaraq Kriminal Məhkəməyə göndərilib. ANS PRESS-in CNN Türk-ə istinadən verdiyi məlumata görə, iddianamədə hücum əmrinin PKK tərəfindən verildiyi ifadə edilib.

İddianamədə Abdullah Uçmak da daxil olmaq 7 şübhəlinin "Dövlətin birlik və bütünlüyünü pozmaq" cinayəti işlədikləri bildirilib. Prokuror hücumun bölücü terror təşkilatının təlimatıyla edildiyini irəli sürüb.

İddianamədə 12 şübhəli yer alıb. 7 şübhəli üçün isə "ağırlaşdırılmış ömürlük həbs cəzası" istənib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar