İbrahim Tatlısəs yenidən əməliyyat olunacaq
24 Mart 2011 Cümə Axşamı 11:20
Müğənninin qarın boşluğuna yerləşdirilən sümükləri kəlləsinə yerləşdiriləcək
10 gün əvvəl Maslakda silahlı hücuma məruz qalaraq təcili əməliyyat olunan və hələ də müalicəsi davam etdirilən İbrahim Tatlısəsin ikinci əməliyyat tarixi bəlli olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur müğənni növbəti dəfə aprelin 5-də əməliyyat olunacaq.

Qeyd edək ki, Tatlisəs sui-qəsddən 1 saat sonra cərrahiyyə əməliyyatına məruz qalmışdı. 4,5 saat davam edən əməliyyat zamanı onun parçalanmış kəllə sümükləri beynindəki şişin keçməsi üçün qarın boşluğuna yerləşdirilmişdi. Cərrahlar 8 saat davam edəcək əməliyyat zamanı Tatlisəsin qarın boşluğundakı kəllə sümüklərini yenidən onun başına yerləşdirəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar