İbrahim Tatlıses yeməyə başlayıb
25 Mart 2011 Cümə 05:03
Müğənninin hərəkətləri hər gün bir az daha çoxalır
Məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən məşhur müğənni İbrahim Tatlısesin səhhəti barədə mətbuata məlumat verilib. Tatlısesin yatdığı “Maslak Acıbadem” xəstəxanasının baş həkimi professor Çağlar Çuxadaroğlu müğənninin vəziyyətinin stabil olduğunu, artıq yemək yeməyə başladığını deyib: “Bu günkü müayinə vaxtı müğənninin səhhətində müsbətə doğru irəliləyiş olduğunu müşahidə etdik. Püre və bunun kimi rahat həzm olunan yeməklərdən yeməyə başlayıb. Hərəkətləri hər gün bir az çoxalır. Fiziki müalicə və reabilitasiyası davam edir”.
DOSTLARINLA PAYLAŞ: