İbrahim Tatlısəs səhnəyə çıxacaq
08 Avqust 2011 Bazar Ertəsi 17:32
Sənətçi yeni il proqramına hazırlaşır
Silahlı hücum zamanı başından yaralanan və 3 aydan çoxdur ki, müalicəsi davam edən tanınmış sənətçi İbrahim Tatlısəs səhnəyə qayıdacaq. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, Tatlısəs yeni il gecəsində səhnəyə çıxaraq pərəstişkarlarını sevindirəcək. Romatem Darüşşafak Fiziki Müalicə və Reabilitasiya Mərkəzində təxminən iki aydır müalicə alan İbrahim Tatlısəsin ən böyük istəyi səhnəyə çıxmaqdır.
Xəstəxanada musiqi məşqlərini edən sənətçi yeni il gecəsi səhnəyə çıxmaq üçün ciddi şəkildə çalışır. “Hazır olun, yeni ildə səhnəyə çıxacağıq” söyləyən Tatlısəs pərəstişkarlarına mesaj göndərib.
Sənətçi gələn ay yenidən müalicə üçün Almaniyaya gedəcək. Orada qarın boşluğunda saxlanılan kəllə sümükləri yerinə qoyulduqdan sonra sənətçi vətəninə qayıdacaq. Tatlısəs bildirib ki, Türkiyəyə qayıdar-qayıtmaz səhnə işlərinə başlayacaq.
Xatırladaq ki, Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses martın 14-də gecə televiziya proqramından çıxarkən silahlı hücuma məruz qalaraq ağır yaralanmışdı. Uzun müddət Türkiyədə müalicə olunan müğənni fizioterapiya üçün Almaniyaya aparılmışdı.
DOSTLARINLA PAYLAŞ: