İbrahim Tatlıses sağalır
16 İyun 2011 Cümə Axşamı 14:56
Sənətçi İbrahim Tatlıses danışmaqda və oxumaqda heç bir problem çəkmir.
Mart ayında silahalı hücum nəticəsində başından yaralanan və uzun müddət Türkiyədə, daha sonra isə Almaniyada müalicə olunan tanınmış türkiyəli müğənni İbrahim Tatlısəsdən xoş xəbər var. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sənətçi mahnı oxumağa başlayıb. Həkimlər onun danışmasında və oxumasında heç bir problem olmadığını bildiriblər. Düzdür, hələlik o, mahnılarını sevənləri üçün deyil, ancaq həkimlər üçün ifa edir.

"O bizə xalq mahnısı belə oxuyub", deyə tibb işçiləri mətbuata açıqlamalarında qeyd ediblər.

Sənətçinin müalicə edildiyi reablitasiya mərkəzinin əməkdaşları onun əhval ruhiyyəsinin yaxşı olduğunu və müalicənin müsbət nəticələrlə davam etdiyini bildiriblər. Ancaq İbrahim Tatlısəsin xəstəxananı nə vaxt tərk edəcəyi hələlik bəlli deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar