İbrahim Tatlıses Rojdi Səidin namusudur
24 Mart 2011 Cümə Axşamı 05:42
Tatlısesin Şimali İradan olan olan iş ortağı Rojdi Səid İstanbula gəlib
“Bütün dünya bilsin ki, İbrahim Tatlıses doktor Rojdi Səidin namusudur, şərəfidir”. Bunu 10 gün əvvəl məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan müğənni İbrahim Tatlısesin Şimali İradan olan olan iş ortağı Rojdi Səid deyib. Qeyd edək ki, “Al Adel Company”nin sahibi Rojdi Səid Qədir iş ortağı İbrahim Tatlısesi ziyarət etmək üçün ötən gün yerli vaxtla saat 17.20-də (Bakı vaxtıyla 19.20) təyyarə ilə Ərbildən İstanbula gedib.

Tatlısesi görmədən jurnalistlərə heç bir açıqlama verməyəcəyini deyən Rojdi Səidi xəstəxananın qapısında Tatlısesin 2 oğlu Əhməd və İdo Tatlı qarşılayıb. Yaralını ziyarət edən Rojdi daha sonra Əhməd Tatlı ilə mətbuata verdiyi açıqlamada etdiyi yardımlara görə, Allahın Tatlısesi qoruduğunu deyib: “Allahıma çox şükür. Allah qardaşıma qüvvət verdi. Yaxşıdır. Etdiyi yaxşılıqlara görə, Allah onu qorudu. Nə qədər yaxşılıq etsək, o qədər yaxşılıq görərik. Mən də bura gəlib məlumat almasaydım narahat olardım. Allaha şükür ki, Əhmədi gördüm. Tatlıses barədə məlumat aldım. Bütün dünya bilsin ki, Tatlıses doktor Rojdi Səidin namusudur, şərəfidir. Özünü görməsəm də səhhəti barədə məlumat aldım”.

Əhməd Tatlı isə öz növbəsində bu ziyarətinə görə Rojdi Səidə təşəkkürünü bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar