İbrahim Tatlıses qız atası olacaq
05 Aprel 2013 Cümə 05:10
Körpənin gələn həftə çərşənbə axşamı gününə qədər dünyaya gələcəyi bildirilir.
Tanınmış müğənni İbrahim Tatlısesin 9 aylıq hamilə həyat yoldaşı Ayşəgül Yıldız ötən gün həkim nəzarəti üçün xəstəxanaya gedib. Xəstəxanada 1 saat qalan 32 yaşlı Yıldız çıxarkən qarşısında jurnalistləri görərək təəccüblənib. Ayşəgül Yıldız xəstəxanadan doğum üçün gün verildiyini, körpənin gələn həftə çərşənbə axşamı gününə qədər dünyaya gələcəyini deyib.

Qeyd edək ki, qız övlad gözləyən cütlük ona Elif Naz adını verməyi planlaşdırır. Müğənni Tatlıses isə daha əvvəl, “anası kimi sarı saçlı, mavi gözlü qız istəyirəm” – demişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar