İbrahim Tatlıses həbs edilə bilər
27 Mart 2014 Cümə Axşamı 03:49
İbrahim Tatlıses haqqında "mətbuat yolu ilə təhqir" günahından 3 aydan 2 ilə qədər həbs cəzası tələbi ilə iddia açılıb
Sosial şəbəkə saytı "Twitter"in bağlanmasından kədərlənməyən İbrahim Tatlısesin başına "Twitter" bəla gətirib.

ANS PRESS-in xəbərinə görə, Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses "Twitter" səhifəsində həkimini təhqir etdiyi üçün məhkəməyə verilib.

Tatlısesin burun əməliyyatından sonra danışığında qüsur yarandığını və buna səbəbkar kimi həkimi göstərərək, "Alın bunun diplomunu" - deyə "Twitter" hesabında yazıb.

Dr. İsmayıl Koçak isə buna görə müğənnini məhkəməyə verib. O, 24 seanslıq müalicədən sonra danışa bilməyən müğənninin səsinin çıxmasına səbəb olduğunu deyib.

"Tatlıses şöhrətindən istifadə edərək söylədiyi bu sözlərlə şəxsiyyətimə və kariyerama zərbə vurub. Cəzalandırılmasını istəyirəm" - deyə həkim vurğulayıb.

Tatlısesin vəkili isə müvəkkilinin sözlərinin təhqir deyil, tənqid mahiyyəti daşıdığını deyərək müdafiə edib.

Qeyd edək ki, Tatlıses haqqında "mətbuat yolu ilə təhqir" günahından 3 aydan 2 ilə qədər həbs cəzası tələbi ilə iddia açılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar