İbrahim Tatlısəs Günel üçün mahnı yazır
23 Fevral 2013 Şənbə 19:20
İmperator İbrahim Tatlısəs Azəri qızı Günel üçün bir albomluq mahnı yazır.
Türkiyənin populyar sənətçisi İbrahim Tatlıses bütün yaradıcılığını Günelin yeni albomunun hazırlanmasına yönəldib. Gün.Az xəbər verir ki, “Sabah” qəzeti bu barədə məlumatı Günelə istinadən istinadən yayıb.
Müğənni öz açıqlamasında artıq şou-biznesdəki rəqiblərinin bundan narahat olduqlarını da deyib: “Yeni albomumun adı “13+3” olacaq. Amma o qədər qısqanc insanlar var ki, bu işə mane olmağa çalışdılar. Onların istəklərinə baxmayaraq, İbrahim Tatlısəs dedi ki, mən Günelə söz vermişəm, ondan başqa sənətçi həmin mahnıları oxuya bilməz”.
DOSTLARINLA PAYLAŞ: