İbrahim Tatlıses deputatlığa namizəd olacaq
12 Aprel 2010 Bazar Ertəsi 00:45
İbrahim Tatlıses: “Artıq bu yaşdan sonra müğənnilik edə bilmərəm, bundan sonra sizə xidmət edəcəyəm”.
Türkiyə Şanlıurfa vilayətinin düşməndən xilas edilməsinin 90-cı il tədbirində iştirak edən müğənni İbrahim Tatlıses yerliləri üçün konsert proqramı ilə çıxış edib. ANS PRESS “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, konsertdə fasilə verən məhşur müğənni qarşıdan gələn ilk parlament seçkilərində namizəd olacağını açıqlayıb. “Urfalı İbonu millətvəkili kimi görəcəksiniz. Özüm ölüm bu olacaq. Sizə namus sözü verirəm. Artıq bu yaşdan sonra müğənnilik edə bilmərəm. Bundan sonra sizə xidmət edəcəyəm”.
Tatlıses 2 saat davam edən konsertdə türk və kürd dillərində mahnılar oxuyub. Suallara cavab verən müğənni Şanlıurfadan olarsa müstəqil, urfalıların kompakt yaşadığı İstanbul 3-cü dairədən olsa partiyadan namizəd olacağını, ancaq indidən partiya adı söyləməyin doğru olmayacağını deyib.
Xatırladaq ki, İbrahim Tatlıses 2007-ci il parlament seçkilərində Gənc Partiyadan (GP) namizəd olmuş, proporsional sistem səbəbilə seçilə bilməmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: