İbrahim Tatlıses canlı efirdə hədələnib
17 Mart 2011 Cümə Axşamı 04:40
“Qan axmadan, bir başa onun qanı axmadan bu düşmənçilik bitməz”
İbrahim Tatlısesi güllələyərək ağır yaralanmasına səbəb olduğu iddiası ilə yaxalanan şübhəli Abdullah Uçmakın illər əvvəl iştirak etdiyi bir tv proqramında müğənnini hədələdiyi məlum olub. Uçmak “CNN Türk” telekanalında iştirak etdiyi “Arena” proqramında “Tatlısesin qanı axmadan bu düşməçilik bitməz” – demiş, barışıqdan söhbət belə getməyəcəyini bildirmişdi: “Bizdən iki nəfəri güllələdib və televiziyaya çıxaraq “mən etdirdim” – deyib. Şou nümayiş etdirdi. Əlbətdə kim olur olsun bunun cavabını verəcək. Bizim qanımız axdı, o çıxıb şou ilə məşğul olur. Qan axmadan, bir başa onun qanı axmadan bu düşmənçilik bitməz”.
DOSTLARINLA PAYLAŞ: