İbrahim Tatlıses Almaniyaya gedir
03 Aprel 2011 Bazar 01:29
İbrahim Tatlıses Almaniyaya gedir. Əhməd Tatlı atası üçün Amerikadan gətirilən həkimin yardımını qəbul etməyib.
Məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan və müalicəsi palatada davam edən müğənni İbrahim Tatlıses bədəninin sol tərəfində olan qismi iflic səbəbilə Almaniyaya aparılır. Qeyd edək ki, Tatlısesin irqalı ortağı müğənni üçün Amerikadan fizioterapevt dəvət etmişdi. Müğənninin oğlu Əhməd Tatlı isə bu yardımı qəbul etməyib və atasını Almaniyaya aparacaqlarını deyib: “Almaniyada 4 həftə müalicə müddəti ola bilər. Orda bu xəstəliklərə baxan 10 obyektdən 5-i ilə yazışırıq. İbrahim bəy hansını istəsə oraya aparacağıq. İnsanlar qollarından belə güllələndiyi vaxt fiziki müalicə üçün oralara gedir. Dünyanın ən yaxşı suları, kosmik texnikaları bu ölkədədir. Türkiyədə 6 aya sağalacaq bir xəstə orda 20 günə yaxşı olar”.
Qeyd edək ki, Əhməd Tatlı gedəcəkləri gün barədə dəqiq vaxt bildirməyib. Oğul Tatlı həmçinin atasının səhhətinin hər şeydən əhəmiyyətli olduğunu deyib: “Bəlkə 1 həftə, bəlkə 10 gün sonra gedəcəyik. Həkimlərimizin tələbi də atamın Almaniyada fiziki müalicə prosesindən keçməsi istiqamətindədir. Burda bir otaqda olan müalicə prosesi orda böyük bir obyektin içində olur. Burda su otaqları, çəkisizlik otaqları var. Bizim üçün atamın sağlamlığı hər şeydən əhəmiyyətlidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: