İbrahim Tatlısəs 10 milyona yox dedi
21 İyul 2014 Bazar Ertəsi 13:57
Türkiyənin məşhur müğənnisi, "İmperator" ləqəbi ilə tanınan İbrahim Tatlısəs ona gələn 10 milyonluq təklifi rədd edib.
ANS PRESS-in məlumatına görə, sənətçi reklam çarxına çəkilməkdən imtina edib. Yanacaq istehsalı və satışı ilə məşğul olan şirkətlərdən biri Tatlısəsə həm televiziya, həm radio, həm də çap mediasında yayımlanacaq reklam blokunda çəkilməyi təklif edib. Bunun müqabilində müğənniyə 10 milyon türk lirəsi, təxminən 4,5 milyon dollar təklif edilib. Buna baxmayaraq məşhur ifaçı bu təklifdən imtina edib. Buna səbəb olaraq isə özünü hələ ki, tam olaraq yaxşı hiss etmədiyini bildirib:
"Keçmiş həyatıma tam olaraq qayıtmaq üçün, hələlik müalicələrim davam edir. Hər hansı reklam çarxında çəkilmək istəmirəm".
Qeyd edək ki, təxminən 3 il əvvəl İbrahim Tatlısəs sui-qəsdə məruz qalıb və başından güllə yarası alıb. Güclü zədə almasına baxmayaraq sağ qalmağı bacaran sənətkar uzun müddətdir ki, müalicə olunur.
DOSTLARINLA PAYLAŞ: