Hüseyn Dəryaya 1 il 6 ay iş istəyiblər
06 Mart 2009 Cümə 16:55
Prokuror reper və digər iki təqsirləndirilənə məcburi müalicə təyin olunmasını da tələb edib

 

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mayıl Bayramovun sədrliyi ilə tanınmış reper Hüseyn Dərya (Muradov) və digər iki nəfərin məhkəməsi keçirilib. ANS PRESS-in məlumatına görə, prosesdə dövlət ittihamçısı təqsirləndirilənlərə iş istəyib. O, Hüsen Dəryaya 1 il 6 ay, Bəylər Qəmbərova 8 il, Hikmət Şahverdiyevə isə 2 il iş istəyib. Bundan əlavə prokuror təqsirləndirilənlərin narkotik vasitələrdən asılılıqları olduğu üçün onlara məcburi müalicə təyin olunmasını da istəyib.
Proses martın 10-da vəkillərin çıxışı və təqsirləndirilənlərin son sözu ilə davam etdiriləcək.
Qeyd edək ki, H. Dərya Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) və 228-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini saxlama), Hikmət Şahverdiyevlə Bəylər Qəmbərov 234.2.4-cü (satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb. H. Dərya 2008-ci il dekabrın 2-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən narkotik vasitə və bir ədəd qaz tapançası götürülüb.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar