Hüseyn Derya yeni klipini teqdim etdi
04 Oktyabr 2013 Cümə 17:53
Xalq artisti Hüseyn Derya: Veten haqqında rep ve mahnı çox olub, amma bu seviyyede bir layihe olmayıb.
Reper Hüseyn Dərya BBM-də (Bakı Mətbuat Mərkəzi) media işçilərini başına toplayaraq mətbuat konfransı keçirib. ANS PRESS-in məlumatına görə, "Can Vətən" adlı mahnısına klip şəkdirən reper klipi üçün təqdimat mərasimi keçeirib.
Sözləri və musiqisi repperin özünə aid olan rep çarxı tam olaraq vətənpərvər ruhda çəkilib. Klipdə xalq artisti, bütün dünyada öz sözünü demiş tarzən Ramiz Quliyev və xanəndə Cabir Abdullayev klipdə yer alıblar. Bu sənətçilərin ifaları isə musiqiyə dahada gözəllik qatıb.
Klipi izlədikdən sonra sənətkar tarzən öz fikrini belə bildirib: "Bundan öncə mənin Hüseyinlə heç bir əlaqəm olmayıb. Hüseyn mənə zəng vuranda təəcübləndim mən hara, o hara dedim. Nə etmək istədiyini bildirdikdə isə mahnı vətənpərvər ruhda olduğundan razılaşdım. Vətən haqqında rep və yaxudda mahnı çox olub amma bu səviyyədə bir layihə olmayıb.Nə qədər ki, Hüseyin Dərya var bizim sənətimiz dəryalarda batmayacaq. Əksinə dəniz səviyyəsinə qalxacaq".
Sənətçi daha sonra isə bildirib ki, məhz bu ifadan sonra onun Hüseyinə olan məhəbbəti daha da artıb. Vaxtının çox az olmağına baxmayaraq klipi o qədər bəyənib ki, hətta 5 dəfə dayanmadan izləyib.
Xanəndə Cabir Abdullayev isə öncə Hüseyin Dəryaya simpatiyasının olmadığını gizlətməyib. "Hüseyn mənə zəng vuranda mən də təəcübləndim, mövzunu deyəndə isə dərhal razılaşdım. Klipə gəldikdə isə ilk dəfədir burada izlədim və çox bəyəndim. Hətta biraz kədərləndim. Bəlkə də bu gördüyümüz döyüş səhnələrindən irəli gəlir. Çünki mən özüm də döyüşlərdə iştirak etmişəm" deyə o, təəsuratlarını paylaşıb.
Hüseyin Dərya isə hər zaman bir iş görməzdən öncə böyüklər məsləhətləşdiyini və məhz bu ifada tarı görmək istədiyini deyib.
DOSTLARINLA PAYLAŞ: