Hüseyn Dərya: Mən bilmirəm Sona niyə belə danışır?
21 Oktyabr 2011 Cümə 15:46
Hüseyn Dərya: Mən bilmirəm Sona niyə belə danışır? Ər deyir boşanmışıq, arvad deyir yox.
Repçi Hüseyn Dərya boşanması ilə bağlı açıqlama verəndən sonra qarşı tərəfdən təkzib gəldi. ANS PRESS-in məlumatına görə, repçinin həyat yoldaşı Sona Muradova gün.az-a açıqlamasında boşanmadıqlarını bildirib: "Yayılan xəbər şayiədən başqa bir şey deyil. Hüseyn son zamanlar gündəmdən düşüb. Görür ki, Elşad Xose qabağa gedir, ona görə də boşanma xəbəri ilə yenidən özünü reklam edir”.

Hüseyn Dərya ANS PRESS-ə açıqlamasında Sonanın boşanmalarını təkzib etməsinin səbəbini anlamadığını dedi: "Mən bilmirəm o, niyə belə danışır. İndi ona zəng vurub öyrənərəm. İstəsəniz məlumatı Sabunçu Rayon Məhkəməsindən dəqiqləşdirə bilərsiz, biz orada boşanmışıq."

Sabunçu Rayon Məhkəməsindən isə bildirdilər ki, belə məlumat vermək ixtiyarları yoxdur.

Qeyd edək ki, Hüsey Dərya həyat yoldaşı Sona Muradova ilə altı ay əvvəl rəsmi olaraq boşandıqlarını bildirir. Repçi hələki boşanma səbəbini açıqlamır.

Xatırladaq ki, Hüseyn Dəryanın Sona Muradova ilə nigahından bir oğulları var.



DOSTLARINLA PAYLAŞ:

oyunlar