Hüseyn Dərya insan alveri ilə mübarizəyə qoşuldu
19 Noyabr 2011 Şənbə 12:26
Hüseyn Dərya insan alveri ilə mübarizəyə qoşuldu. "Təmiz Dünya" İB-in sədri repçidən bu mövzuda yazmasını istədi.
Hüseyn Dərya cəmiyyətin ən böyük bəlalarından biri hesab edilən insan alverinə qarşı mübarizənin bir hissəsi oldu. ANS PRESS-in məlumatına görə, populyar repçi "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin Daxili İşlər Nazirliyinin dəstəyi ilə keçirdiyi insan alverinə qarşı etiraz aksiyasına qoşulub. Repləri ilə aksiyaya xüsusi rəng qatan Hüseyn Dərya tədbirin təşkilatçıları tərəfindən insan alverinə ilə mübarizədə göstərdiyi təmənnasız fəaliyyətinə görə fəxri diplomla mükafatlandırılıb.

Repin azad söz olduğunu vurğulayan "Təmiz Dünya" Qadınlara Yardım İB-in sədri Mehriban Zeynalova Hüseyn Dəryadan insan alverini pisləyən rep yazmasını istəyib. Repçi də öz növbəsində bu mövzudan bəhs edən repini tezliklə ictimaiyyətin ixtiyarına verəcəyinə söz verib.











DOSTLARINLA PAYLAŞ:

oyunlar