Hüseyn Dərya bu gün Can Vətən deyəcək
03 Dekabr 2010 Cümə 18:05
Naxçıvanın "Kanal 35" telekanalı repçinin konsertini təşkil edib
Uzun fasilədən sonra səhnəyə yenidən səs-küylə qayıdan Hüseyn Dərya əməlli-başlı işə girişib. Bir-birinin ardınca Bakıda və bölgələrdə konsertlər verən pepçi ANS PRESS-ə açıqlamasında bu gün Naxçıvanda solo-konsert verəcəyini deyib.

Repçi Muxtar Respublikada "Can Vətən" adlı konsert proqramı ilə çıxış edəcək. Hüseyn Dərya bu konsertində yeni yazdığı repləri ilə birgə, köhnə hitlərini də ifa edəcək.

"Can Vətən" adlanan solo-konsert Naxçıvan Əyləncə Mərkəzində baş tutacaq. Konsertin təşkilatçısı Naxçıvanın "Kanal 35"dir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar