Hürrəm Sultan Azərbaycan şou-biznesinə dava saldı
22 Fevral 2013 Cümə 17:30
Xatun: Aygündə Hürrəmdən əsər-əlamət yoxdur, o, şou-biznesin ancaq Validə Sultanı ola bilər.
Müğənni Xatun həmkarı, xalq artisti Aygün Kazımovaya hirslənib. Buna səbəb iki gün əvvəl xalq artistinin verilişlərin birində özünü Hürrəm Sultan adlandırması olub. Xatun ANS PRESS-ə açıqlamasında bu adın bir müddət əvvəl xalq artisti İlhamə Quliyeva tərəfindən ona verildiyini deyib: “Aygün özünə adlar qoyur. Gah deyir superstaram, şamplenayam, gah deyir divayam və daha nələr... Hətta bu adlarla təqdim olunmaq üçün aparıcılardan, jurnalistlərdən xahiş edir. Hürrəm adını mənə İlhamə xanım verib və həmkarlarımın çoxu mənim həqiqətən də “Möhtəşəm Yüz il” serialında Hürrəmi canlandıran aktrisa Məryəm Üzərliyə bənzədiyimi deyirlər. Onlar İlhamə xanımın bu adı mənə doğru verdiyini vurğulayırlar.

Bundan sonra Aygün mənimlə bəhsə girib, bu adı da özününküləşdirmək istəyir. Bu, çox gülməlidir. Aygündə Hürrəmdən əsər-əlamət yoxdur. O, şou-biznesin ancaq Validə Sultanı ola bilər. Ona görə də yaxşısı budur ki? gənc həmkarlarına ilişməsin”.

Xatuna şou-biznesin Hürrəm Sultan adının verilməsi sənətkar Nisə Qasımovanın da ürəyincə olub. Məclislərin birində görüşdükləri zaman N.Qasımova Xatuna “bir halda ki, İlhamə xanım sənə bu adı yaraşdırıb, onda sən gərək öz Hürrəmliyini sübut edəsən” deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar