Hülya Avşar “Twitter” qeydində savadsızlığını nümayiş etdirib
03 Avqust 2011 Çərşənbə 05:20
Hülya Avşar klon sözünü əvvəl kolon, sonra kilon kimi yazıb
Türkiyə Balıkesir vilayətinin Ayvalık rayonunda istirahət edən tanınmış teleaparıcı Hülya Avşar sosial şəbəkə saytı “Twitter”ə yazdığı qeyddə bir kəlmədə 2 dəfə səhvə yol verib. Qeyd edək ki, avşar qızı əvvəl “Twitter”də, “Serial ssenarisi oxuyuram. Deyəsən məni kolonlamaq lazımdır. İndi nə olacaq vaxtım tunne. (kürdcə yox mənasında)” – yazıb. Klon sözünü kolon kimi yazan Hülya Avşar xəbərdar olunub və səhvini düzəltmək istədiyi vaxt eyni kəlməni yenə də yanlış yazıb: “Pardon, kilon əvəzinə kolon yazmışam. Siz tənqid etmədən mən düzəldim. Ahahayttt”. Növbəti tənqidə məruz qalan Avşar özünə aid “Twitter” səhifəsindəki qeydin başqası tərəfindən yazıldığını iddia edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar