Hülya Avşar özünə yeni malikanə aldı
16 Yanvar 2013 Çərşənbə 16:45
Türkiyəli sənətçi evinin qiymətini açıqlamayıb
Türkiyənin tanınmış aktrisası və müğənni Hülya Avşar özünə yeni ev alıb. Malikanə Balıkəsir şəhərinin məşhur Ayvalık rayonunda yerləşir. Avşar elə həmin rayonda evini ötən il məşhur xalq mahnıları ifaçısı Yavuz Bingölə satmışdı.
Yeni malikanə isə 2 mərtəbəlidir və hər mərtəbədə 4 otaq olmaqla, 8 otaqdan ibarətdir. Evin birinci mərtəbəsində Hülya Avşarın bacısı Helin Avşar, ikinci mərtəbəsində isə müğənni öz qızı Zəhra ilə birlikdə qalacaq.
Malikanə gözəl mənzərəsi olan ərazidə yerləşir və ağaclarla əhatə olunub.
Hülya Avşar qiymətini açıqlamadığı malikanəsinə köçməzdən əvvəl onu öz zövqünə uyğun təmir etdirməyə başlayıb və təmir işi ilə şəxsən yaxından maraqlanır. Sənətçi artıq evin həyətində hovuz düzəltdirib. Evin iyul ayına hazır olacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: