Hülya Avşar məşhur müğənnini təhqir etdi
23 May 2011 Bazar Ertəsi 07:10
Hülya Avşar: “Sən kimsən ki, Allahın 1 metrlik adamı?”
Türkiyədə keçirilən 17-ci “Kral TV video-musiqi mükafatı”nın təqdimat mərasimində mükafatını alamağa gəlməyən Tarkan Hülya Avşarı əsəbləşdirdi. Qeyd edək ki, Türkiyənin meqa-starının mükafatını təqdim etmək üçün Hülya Avşar səhnəyə dəvət edilmiş, Tarkan gəlib çıxmadığı üçün mükafat avşar qızının əlində qalmışdı.
Ötən gecə isə restorandan çıxarkən paparassilərin bu barədə verdiyi suala Hülya Avşar əsəbi və təhqir dolu cavablar verib: “Qəzetlərdə yazılan “adam deyil” sözünü mən demədim. Amma dəhşət etinasız adamdır. Onun belə bir haqqı yox idi. Mən ona belə bir jest edirəmsə, o da gəlib ükafatını götürməlidir. Tarkan kimdir ki? Onu ecə belə havalara qaldırdılar? Vergi ödəməkdə birinci yer tutub? Məktəb tikdirib? Özümə əsəbləşirəm ona hörmətsiz adama mükafat vermək istədim deyə”.
Ürəyini boşalda bilməyən Hülya Avşar Tarkanın boyunun qısalığına eyham vuraraq bu dəqiqə əlinə keçərsə onu boğa biləcəyini deyib: “Bu dəqiqə qarşıma çıxmasın, yoxsa onu boğa bilərəm. 1 metr boyu ilə göbək rəqsi edir deyə havalanmasın. Mən həm yaşda, həm də Hülya Avşar olaraq ondan böyüyəm. Danqalak (zırrama), eşşək hərif! Sən kimsən ki, mükafatını almırsan? Məndən Tarkanı, Allahın 1 metrlik adamını soruşmayın”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: