Hülya Avşar ayağını sındırıb
07 Fevral 2010 Bazar 13:15
Aktrisa Hülya Avşar əməliyyat olunub.
Türkiyənin məşhur aktrisası Hülya Avşar xəstəxanaya düşüb.
Qızı Zəhra və sevgilisi Sadettin Saran ilə istirahət edən aktrisa xizək sürməyi öyrənərkən yıxılıb. İki yerdən ayağı qırılan Hülya təcili əməliyyat olunub. Həkimlər sənətçinin sümüyünə platin yerləşdirildiyini bildiriblər. Ümumilikdə isə Hülya Avşarın səhhəti yaxşıdır
4 gün xəstəxanada qalacaq aktrisa müalicəsini İstanbulda davam etdirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: