“Hörümçək adam” filminin prodüsseri öldü
14 İyun 2011 Çərşənbə Axşamı 01:47
35 ilini kinematoqrafa həsr edən Lora Ziskin bir sıra məşhur filmlərdə işləyib
Hollivudun ən nüfuzlu prodüsserlərindən olan Lora Ziskin ABŞ-ın Kalforniya ştatının Santa-Monika şəhərində 62 yaşında dünyasını dəyişib. O, “Gözəlçə” və “Hörümçək adam” kimi kult filmlərdə işləyib. 7 il əvvəl həkimlər məşhur prodüsserə döş xərçəngi diaqnozu qoyublar.
Lora Ziskin ömrünün təxminən 35 ilini kinematoqrafa həsr edib. O, 1998-ci ildə “Oskar” mükafatına namizəd göstərib.
İstedadlı prodüsser beş il “20th Century Fox” studiyasının törəmə müəssisəsi “Fox 2000” telekanalına rəhbərlik edib, 2002 və 2007-ci illlərdə “Oskar” mükafatlarının təqdimat mərasimlərinə quruluş verib.
Üçüncü dərəcəli xərçəng diaqnozu qoyulduqdan sonra Lora Ziskin onkoloji xəstələrə ianə toplamaqla məşğul olub.
DOSTLARINLA PAYLAŞ: