Hollivudun məhşur aktyorunun qızı porno aktrisası oldu
04 Avqust 2010 Çərşənbə 06:00
Lorens Fişbern bunun, qızının karyerası baxımından uğurlu bir addım olacağını hesab edir.
Hollivudun məhşur aktyoru, xüsusilə “Matrisa” filmində özünü göstərən Lorens Fişbernin qızı Montana Fişbern porno aktrisası olub. Artıq 19 yaşlı Fişbernin çəkildiyi ilk porno filmin DVD-si avqustun 18-də satışa çıxacaq. Lorens Fişbern isə bunun, qızının karyerası baxımından uğurlu bir addım olacağını hesab edir. “Montana məhşur olmaq üçün çox tələsir və hesab edirəm ki, bu film kino həyatına başlamaq üçün tapılmaz bir fürsətdir”.
Montana Fişbern isə qəzetlərdən birinə verdiyi müsahibədə porno filmin onun məqsədi yox, karyera yolunda sadəcə bir vasitə olduğunu deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: