Hollivudun bənövşəyi gözləri əbədi yumuldu
24 Mart 2011 Cümə Axşamı 00:00
Dünya kinosunun ən gözəl simalarından biri Elizabet Teylor vəfat edib
Dünya kinosunun ən gözəl simalarından biri, mavi gözlü əfsanəvi aktrisa bu gün Elizabet Teylor 79 yaşında gözlərini əbədi olaraq yumdu. İki Oskar mükafatının sahibi olan aktrisa sonuncu ad gününü da yataqda qeyd etmişdi.12 yaşından filmlərdə rol alan aktirisa sonradan dünya şöhrəti qazanıb.

Qeyd edək ki, Teylor 8 dəfə rəsmən ailə qurmuşdu. Amma onun son nikahı bütan dünyanı təəccübləndirmişdi. Belə ki, dünya şöhrətli ulduz özündən 20 yaş kiçik, üstəlik qadın döydüyü üçün həbsdə olmuş, 10 barmağında üzük daşıyan inşaat işçisi olan Larriy Fortenskyə ərə cetmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar