Hollivud ulduzu Nikolas Keyc borclarını ödəyə bilmir
28 Dekabr 2009 Bazar Ertəsi 19:15
Hollivud ulduzu Nikolas Keyc məhkəmə qarşısına çıxmalı olacaq
Məşhur Hollivud aktyoru Nikolas Keycə qarşı məhkəmədə yenidən iddia qaldırılıb. Amerika jurnalı “People”ın yaydığı xəbərə görə, aktyor ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən məhkəməyə verilib. Kino ulduzu vergiləri ödəməməkdə ittiham olunur.

Eyni zamanda “Red Curb İnvestment” sərmayə bankı da Keycdən banka olan borclarını, kredit faizlərini, eləcə də vəkillərə sərf etdiyi pulları (36,7 milyon dollar) geri qaytarmağı tələb edir. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar