Hollivud ulduzları Bakıya gəlir
11 Avqust 2010 Çərşənbə 15:40
Hollivud aktrisası “Eurasion Fashion Expo 2010” tədbirində iştirak edəcək.
Oktyabr ayının 30-dan noyabr ayının 2-dək yeni sərgi mərkəzi "Baku Expo Center"də “Eurasion Fashion Expo 2010” tədbiri keçiriləcək. Təşkilatçıların verdiyi məlumata görə, dəb nümayişi dünya şöhrətli brend "Collezioni"dən olacaq və nümayiş MTV telekanalı ilə birgə hazırlanıb. “The Collezioni Eurasian Fashion Expo” Rusiya, Ukrayna, Orta Asiya və Zaqafqaziyada baş tutacaq. Ancaq nümayiş ilk olaraq, Bakıda keçiriləcək.

İlin bu qlamur hadisəsi həmçinin öz qonaq siyahısı ilə də diqqətə layiqdir. Məlumatda bildirilir ki, nümayişdə Culiana Mur, Sil və Haydi Klum, Sara Cessika Parker, Eşton Katçer və Demi Mur cütlüyü, Corc Maykl və s. kimi məşhurların iştirakı gözlənilir. Gecənin aparıcıları tanınmış stilist Fuad Hacıyev və Ok!Azerbaijan jurnalının baş redaktoru Könül Nağıyeva olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar